18 May 2024
Nərmin Salmanova: “Azərbaycan 12 xalı Britaniyaya deyil, Ukraynaya verib” – VİDEO

Nərmin Salmanova: “Azərbaycan 12 xalı Britaniyaya deyil, Ukraynaya verib” – VİDEO

15 May 2022
Baxış: 1811

Xəbər verdiyimiz kimi, “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində münsif səsverməsi zamanı canlı efirdə texniki problem yaşanıb.

AJMEDİA.İNFO xəbər verir ki, əvvəlcədən elan verildiyi kimi Azərbaycandan səsləri "İctimai Televiziya"nın xəbər aparıcısı Nərmin Salmanova deyil, yarışmanın meneceri Erik Martin Osterdal təqdim edib.

O, Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyini açıqlasa da, əslində isə bunun belə olmadığı ortaya çıxıb.

Belə ki, "Avroviziya-2022" müsabiqəsi bitəndən sonra Nərmin Salmanova "İTV"-də canlı yayımlanan "Sabaha saxlamayaq" verilişində Azərbaycanın 12 xalını əslində Ukraynaya verdiyini bildirib.

O, yalnış informasiya ilə bağlı bu məsələnin üzərində araşdırma aparıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, müsabiqənin qalibi 631 xalla Ukraynanın "Kalush Orchestra" qrupu olub.

Rəşad Əliyev, Bizim.Media