17 May 2024
Nepal və Hindistanda daşqınlar nəticəsində 180-dən çox insan öldü

Nepal və Hindistanda daşqınlar nəticəsində 180-dən çox insan öldü

21 Oktyabr 2021
Baxış: 441

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 4 gün ərzində azı 99 nəfər ölüb.

AJMEDİA.İNFO xarici mətbuata istinadən xəbər verir ki, yağışlar ölkənin şərq və qərb bölgələrində fəsadlara səbəb olub.

Xilasetmə qrupları təbii fəlakət nəticəsində itkin düşən 40 nəfərin axtarışlarını davam etdirir.

Daşqın və torpaq sürüşmələrində yaralanan azı 35 nəfərə xəstəxanada tibbi yardım göstərilib.

Ölü sayının artacağı istisna olunmur.

Hindistanda isə bir həftə ərzində davam edən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 88 nəfər həyatını itirib. Ölkənin cənubundakı Kerala əyalətində 42 nəfər, Uttarkand əyalətində isə 46 nəfər ölüb.

Həmçinin qeyd edilir ki, təbii fəlakət nəticəsində yollar su altında qalıb, körpülər çöküb, infrastruktura ciddi ziyan dəyib.