17 May 2024
"Nənəmin enli tumanını geyinib çıxacağam səhnəyə" - Nadir Qafarzadə + VİDEO

"Nənəmin enli tumanını geyinib çıxacağam səhnəyə" - Nadir Qafarzadə + VİDEO

21 Avqust 2023
Baxış: 367

Müğənni Nadir Qafarzadə bu dəfə türkiyəli ifaçı Mahsun Kırmızıgülü tənqid edib.

AJMEDİA.İNFO xəbər verir ki, buna səbəb Kırmızıgülün konsertlərindən birində səhnəyə şortiklə çıxması olub. Nadir onun videosunu yayımlayaraq bunları yazıb:

"Nə bilim, vallah. Sabahdan nənəm rəhmətlikdən enli tuman alıb, onu geyinib çıxacağam səhnəyə. Qonşudan geri qalma... 55 yaşı var, cavanlıqda geyinməyib axı. Özü də pop yox, arabesk ifaçısıdır".

İzləyiciləri isə onu tənqid edərək, botoks etdirməsini xatırladıblar. Onlar botoks edən ifaçının başqasının geyiminə irad bildirməsini tənqid ediblər.

Onlara cavab verən Nadir "Botoks etdirən kişinin səhifəsində nə işin var? Get, Mahsumun tayı, 55 yaşı var. Pop ifaçısı deyil özü də. Bir də səhifəmdən get" deyə, bildirib.