19 May 2024
Neft ehtiyatı bir həftəyə 4,58 milyon barel azalıb

Neft ehtiyatı bir həftəyə 4,58 milyon barel azalıb

20 Aprel 2023
Baxış: 491

ABŞ-nin kommersiya məqsədli neft ehtiyatları ötən həftə 4,58 milyon barel azalaraq 465,97 milyon barelə düşüb.

Bunu ölkənin Energetika Nazirliyinin həftəlik hesabatından görmək olar.

Benzinin əmtəə ehtiyatları 1,3 milyon barel artaraq 223,54 milyon barel təşkil edib.

Distillatların kommersiya ehtiyatları 355 min barel azalaraq 112,09 milyon barelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 250 min barel, benzin ehtiyatlarının 1,25 milyon barel, distilatların isə 850 min barel azalacağını gözləyirdilər.

Teqlər: