06 May 2024
"Nə qədər ki, Putin kimi əxlaqsızın övladı var..." - Bayden Rusiya liderini TƏHQİR ETDİ

"Nə qədər ki, Putin kimi əxlaqsızın övladı var..." - Bayden Rusiya liderini TƏHQİR ETDİ

22 Fevral 2024
Baxış: 334

ABŞ Prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putini “əxlaqsızın övladı” adlandırıb.


AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin media mərkəzinə istinadən məlumat yayıb.


Məlumata görə, Bayden iqlim dəyişikliyindən danışarkən qəzəblənib:

"Nə qədər ki, Putin və onun kimi dəli, əxlaqsızın övladları var, biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir".


Moskva buna cavab olaraq bildirib ki, Baydenin təhqiri yalnız ABŞ-ni alçaltmağa xidmət edir.

Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, bu cür ritorika “Hollivud kovboyu” kimi görünmək üçün pis cəhddir.

Qeyd edək ki, Bayden daha əvvəl Putini Ukraynaya hücum əmri verdiyi üçün “qəssab” və “müharibə cinayətkarı” adlandırmışdı.