05 May 2024
Nazirlik rəsmisindən KTN-in qarşısında duran əsas məqsədlərlə bağlı AÇIQLAMA

Nazirlik rəsmisindən KTN-in qarşısında duran əsas məqsədlərlə bağlı AÇIQLAMA

13 Yanvar 2022
Baxış: 438

2022-ci il üçün Kənd Təsərrüfatı Nazirliyinin (KTN) qarşısında duran əsas məqsədlərdən biri kimi iqlim dəyişikliyinin təsirinin neytrallaşdırması, su resurslarının səmərəli istifadə edilməsi, suya qənaət edən texnologiyların tətbiqinin genişləndirilməsi siyasətinin təşviqi nəzərdə tutulur.

AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, yeni texnologiyalar bitkilərin ehtiyaclarının daha çevik qiymətləndirilməsinə imkan verən daha müasir informasiya texnologiyaları sistemdir:

"Nazirlik rəqəmsal kənd təsərrüfatı pilot layihəsini Quba - Xaçmaz regionunda tətbiq edir. Nəticədə, fermərlərə operativ məlumatlar göndərilir. Bu il belə operativ texnologiyaların tətbiq olunacağı ərazilərin genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, müasir suvarma sistemlərinin əkin sahələrindəki payının artırılması nəzərdə alınacaq. Müasir toxumçuluğun inkişafında iki məsələ nəzərdə alınacaq: Daha keyfiyyətli toxumalardan istifadənin genişləndirilməsi və yerli toxum üzrə potensialın gücləndirilməsi.

Bizdə elə toxumçuluq və tingçilik şirkətləri yaranıb ki, onlar beynəlxalq sertifikasiydan keçərək yaxın vaxtlarda region ölkələrinə məhsul ixrac edəcəklər. Bu il heyvanların identifikasiya sisteminin tətbiq edilməsinə başlanılması da nəzərdə tutulur.

Həmçinin, intensiv fermanın genişləndirilməsi kimi çağırışlar var. Fermerlərə məsləhət informasiya xidməti sisteminin yenidən qurulması və bütün fermerlərə əhatə edən bir sistemin yaradılması əsas vəzifələrdən biridir".