17 May 2024
Nazirin "kopya"sı olan şəxs kimdir? - Gündəm olan FOTO

Nazirin "kopya"sı olan şəxs kimdir? - Gündəm olan FOTO

12 İyul 2023
Baxış: 345

Elm və Təhsil naziri Emin Əmrullayevlə jurnalist Ruslan Zeynallının fotosu sosial şəbəkədə gündəm olub.


AJMEDİA.İNFO xəbər verir ki, nazirlə jurnalistin bir-birinə bənzəməsi maraqla qarşılanıb.


Bir çox sosial şəbəkə səhifələrində paylaşılan fotoya “alma-almaya bənzər”, “elə bildim montajdir”, “bu qədər də bənzərlik olmaz kimi...” şərhlər yazılıb.


Qeyd edək ki, R. Zeynallı uzun illər "ASAN Radio"da və bir sıra televiziya kanallarında aparıcı-redaktor vəzifələrində çalışıb.


Hazırda isə o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.(bakupost)