19 May 2024
Nazirin 6 gün əvvəl vəzifədən azad etdiyi polis rəisi bıçaqlandı: Əmisi intihar etdi - AZƏRBAYCANDA DƏHŞƏT

Nazirin 6 gün əvvəl vəzifədən azad etdiyi polis rəisi bıçaqlandı: Əmisi intihar etdi - AZƏRBAYCANDA DƏHŞƏT

25 Avqust 2021
Baxış: 783

Xaçmaz rayonunda ailə faciəsi yaşanıb

AJMEDİA.İNFO bildirir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb.

Hadisədən sonra cinayətkar özünü güllələyib.

O, hadisə yerindəcə ölüb. Onun meyiti Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilir. Əliağa Əsgərbəyli isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Əliağa Əsgərbəyli avqustun 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad olunub.