21 May 2024
Nazir: "Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”

Nazir: "Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”

12 Aprel 2023
Baxış: 484

“Rusiya Prezidenti Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”.

Bunu Avstriyanın Avropa İttifaqı və hökumətdə konstitusiya işləri üzrə naziri Karoline Edtştadler “Tagesspiegel”ə müsahibəsində bildirib.

O deyib ki, Avstriya beynəlxalq hüquqa dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək: “Mən mülki məsələlər üzrə cinayət işləri üzrə hakimi olmuşam. Həbs qərarının Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilməsi o deməkdir ki, əgər Rusiya Prezidenti Vladimir Putin Avstriya torpağına ayaq basarsa, həbs edilməlidir”.

Qeyd edək ki, bu il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi V.Putinin həbsinə order verib. Buna cavab olaraq Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Haaqa Məhkəməsinə raket zərbəsi endirməklə hədələyib.

Teqlər: