16 May 2024
Nazir müavini təyin edilən xanım kimdir? - DOSYE

Nazir müavini təyin edilən xanım kimdir? - DOSYE

01 Mart 2023
Baxış: 349

Xəbər verdiyimiz kimi, Səadət Vidadi qızı Yusifova Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

AJMEDİA.İNFO-nun məlumatına görə, Səadət Yusifova son təyinata qədər Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində işləyib.

S.Yusifova 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur.

S.Yusifova həmçinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində də çalışıb.