02 May 2024
Nazir: “İsrail bir neçə ildən sonra Aİ-yə qaz tədarükünü artıra biləcək”

Nazir: “İsrail bir neçə ildən sonra Aİ-yə qaz tədarükünü artıra biləcək”

12 Noyabr 2022
Baxış: 443

İsrail yalnız bir neçə ildən sonra Avropaya qaz nəqlini əhəmiyyətli dərəcədə artıra biləcək.

Bunu Misirdə keçirilən COP27 iqlim sammiti çərçivəsində İsrailin energetika naziri Lior Şillat deyib. Onun sözlərinə görə, İsrail yaxın 3-4 il ərzində qaz hasilatını və tədarükünü kəskin şəkildə artıra biləcək.

Yəni ölkənin daxili tələbatından sonra böyük həcmdə yanacaq satmaq mümkün olacaq: “Qısa müddətdə müəyyən artım olacaq, lakin daha sonra böyük rəqəmlər gələcək”.