20 May 2024
Nazir deputata əsəbiləşdi: “Orada uşaqlarımız şəhid olur, sən isə boş-boş gülürsən” - VİDEO

Nazir deputata əsəbiləşdi: “Orada uşaqlarımız şəhid olur, sən isə boş-boş gülürsən” - VİDEO

23 Noyabr 2021
Baxış: 592

Türkiyənin daxili işlər naziri Süleyman Soylu büdcə komissiyasında CHP-li millət vəkilinə sərt reaksiya verib.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində terrorla mübarizə ilə bağlı məlumat verən Süleyman Soylu CHP-li millət vəkili Engin Özkoçu tənqid edib.

Soylu danışarkən gülən deputata “Orada uşaqlarımız şəhid olur, sən isə burada boş-boş gülürsən” deyərək reaksiya verib.

Qeyd edək ki, bu gün Türkiyə Daxili İşlər Nazirliyinin 2022-ci il büdcəsinin müzakirəsi başlayıb.