19 May 2024
Nazir Anar Rzayevə XƏBƏRDARLIQ ETDİ, Malik Əliyevi İŞDƏN ÇIXARDI

Nazir Anar Rzayevə XƏBƏRDARLIQ ETDİ, Malik Əliyevi İŞDƏN ÇIXARDI

17 Fevral 2022
Baxış: 493

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Yaxın saatlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin olayla bağlı rəsmi açıqlaması olacaq.

Əldə etdiyimiz digər məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, yaxın saatlarda baş verən hadisə ilə bağlı açıqlama veriləcək.