19 May 2024
NATO xarici işlər nazirləri Rusiya ilə münasibətlərdə gərginliyi azaltmağa və dialoqa çağırıblar

NATO xarici işlər nazirləri Rusiya ilə münasibətlərdə gərginliyi azaltmağa və dialoqa çağırıblar

07 Yanvar 2022
Baxış: 415

NATO-ya daxil olan ölkələrin xarici işlər nazirləri NATO-Rusiya Şurasının yanvarın 12-də keçiriləcək iclası ərəfəsində Rusiya ilə münasibətlərdə dialoq, diplomatiya və deeskalasiyaya çağırıblar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə cümə günü alyansın xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra ABŞ-ın NATO-dakı daimi nümayəndəliyi “Twitter”də məlumat verib.

Daimi Nümayəndəlik, həmçinin qeyd edib ki, NATO ölkələri Rusiyaya qarşı Brüssel və Vaşinqtondan səslənən “Ukraynaya təcavüz” ittihamlar kontekstində birlik ifadə ediblər”.

“Eyni zamanda qarşıdan gələn Rusiya-NATO Şurası ərəfəsində nazirlər diplomatiya, dialoq və gərginliyin azaldılmasının zəruriliyini vurğulayıblar” ABŞ-ın NATO-dakı missiyasının bəyanatında deyilib.

Teqlər: NATO