18 May 2024
NATO və ABŞ Ukrayna sərhədinə texnika daşıyır – Gərginlik böyüyür

NATO və ABŞ Ukrayna sərhədinə texnika daşıyır – Gərginlik böyüyür

02 Aprel 2022
Baxış: 623

Yunanıstanın “TrainOSE” dəmir yolu şirkətinin əməkdaşları ABŞ və NATO-nun hərbi zirehli maşınlarının Aleksandrupolis limanından Ukrayna sərhədinə daşınmasında iştirakdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan Kommunist Partiyası məlumat yayıb.

Məlumatda qeyd edilib ki, son günlər Yunanıstanın şimalındakı Aleksandrupolis limanına zirehli texnikalar daşıyan Amerikanın nəqliyyat gəmiləri gəlməyə başlayıb. Texnikaların Polşaya göndərildiyi bildirilib.

Məlumatına görə, Yunanıstan dəmiryolçuları Aleksandrupolis limanından NATO tanklarını çıxaran, eləcə də texniki cəhətdən hərəkəti təmin edən qatarlara xidmət göstərməkdən imtina edirlər.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib ki, Vaşinqton Ukraynaya 300 milyon dollar məbləğində əlavə hərbi yardım ayırıb. Paketə lazerlə idarə olunan raket sistemləri, “Puma” və “Switchblade” dronları, zirehli maşınlar, döyüş sursatı, gecəgörmə cihazları, termal cihazlar, peyk avadanlıqları, rabitə sistemləri, pulemyotlar və tibbi ləvazimatlar daxildir.