20 May 2024
NATO raket əleyhinə müdafiə məntəqələrinin sayını artırmaq qərarına gəlib

NATO raket əleyhinə müdafiə məntəqələrinin sayını artırmaq qərarına gəlib

12 İyul 2023
Baxış: 498

NATO Avropada raket hücumundan müdafiə komandanlıq məntəqələrinin sayını artırmaq qərarına gəlib.

Bu barədə blokun Vilnüsdə keçirilən sammitinin birinci gününün yekunları üzrə dərc edilmiş kommünikedə deyilir.

Sənədə əsasən, bu məntəqələr Avro-Atlantik regionuna kənardan ballistik raket təhlükəsinə qarşı dayanmağa yönəlib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Polşaya 15 milyard dollar dəyərində raket əleyhinə müdafiə sistemlərinin mümkün satışını təsdiqləyib. Qeyd olunur ki, söhbət 48 “Patriot” buraxılış qurğusu və 644 raketdən, həmçinin sensorlar, köməkçi avadanlıq və ehtiyat hissələrdən gedir.

Teqlər: