16 May 2024
NATO koronavirus pandemiyasının ikinci ikinci dalğasına hazırlaşır

NATO koronavirus pandemiyasının ikinci ikinci dalğasına hazırlaşır

07 İyun 2020
Baxış: 420

NATO-nun Baş katibi Yens Stoltenberq, alyansa daxil olsn ölkələrin müdafiə nazirlərilə iyun ayının ortalarında videokonfrans keçirəcəklərini bildirib.

AJM TASS-a istinadən xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri məlumat yayıb.

Y.Stoltenberq bildirib ki, NATO tərəfindən koronavirus pandemiyasının ikinci dalğası ilə bağlı ittifaq ölkələrə və tərəfdaşlara kömək etmək üçün plan hazırlanıb: "NATO üzvlərinə və alyansa yaxın olan tərəfdaş ölkələrə tez və daha yaxşı kömək edə biləcəyimiz üçün planlarımızı razılaşdırmalıyıq”.

Stoltenberq video konfrans zamanı ittifaq üzvlərinin müdafiə nazirlərinə sözügedən konkret planların təqdim ediləcəyini deyib.

Onun sözlərinə görə, planda dərman vasitələrinin daşınması üçün nəqliyyat vasitələri qoruyucu geyimlərin və tibbi ləvazimatların saxlanması üçün anbarların yaradılması və s. əks olunub.

Teqlər: NATO