19 May 2024
NATO-dan Rusiyaya XƏBƏRDARLIQ: "130 təyyarəmiz, 200 gəmimiz hazır vəziyyətdədir"

NATO-dan Rusiyaya XƏBƏRDARLIQ: "130 təyyarəmiz, 200 gəmimiz hazır vəziyyətdədir"

09 Mart 2022
Baxış: 363

NATO-nun Baş katibi Yens Stoltenberq növbəti dəfə Rusiyanı Ukraynaya qarşı təcavüzü dayandırmağa çağırıb.

AJMEDİA.İNFO UNİAN-a istinadən xəbər verir ki, o, NATO qoşunlarının hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb:

“Rusiyada anlaşılmazlıq olmasın deyə bildirək ki, 130 təyyarəmiz, uzaq şimaldan Aralıq dənizinədək 200-dən çox gəmimiz, minlərlə əlavə qoşunumuz yüksək hazırlıq vəziyyətindədir”.

Y.Stoltenberq əlavə edib ki, NATO-nun məsuliyyəti gərginliyin və münaqişənin Ukrayna sərhədlərini aşmasının qarşısını almaqdan ibarətdir.