20 May 2024
NATO baş katibi Türkiyəyə təşəkkür edib

NATO baş katibi Türkiyəyə təşəkkür edib

05 İyun 2023
Baxış: 503

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qapılar arxasında keçirdiyi görüşdən sonra Kosovoya qoşun göndərmək qərarına görə Türkiyə hakimiyyətinə minnətdarlığını bildirib.

“Mən Türkiyəyə bölgədəki son iğtişaşlardan sonra Kosovonun şimalına əlavə qüvvələr göndərdiyinə görə təşəkkür edirəm” - NATO-nun baş katibi deyib.

Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlamışdı.

Teqlər: