21 May 2024
Müxbir ona mane olan yeniyetməyə şillə vurdu – VİDEO

Müxbir ona mane olan yeniyetməyə şillə vurdu – VİDEO

15 İyul 2022
Baxış: 463

Pakistandan olan müxbir özünü saxlaya bilməyib və reportajın çəkilişinə mane olan oğlanın üzünə sillə vurub.

AJMEDİA.İNFO xəbər verir ki, Mayra Haşmi Qurban bayramı çəkilişləri zamanı canlı yayımda məşhurlaşıb.

Video tez bir zamanda sosial şəbəkələrdə yayılıb. Buna görə də jurnalist “Twitter”də hərəkətlərini izah etmək qərarına gəlib.

“Bu oğlan müsahibə zamanı ailəsini narahat edirdi. Əvvəlcə ona nəzakətlə izah etməyə çalışdım ki, sən belə davrana bilməzsən, amma o, daha çox yaramazlıq etməyə başladı. Qərara gəldim ki, buna artıq dözmək olmaz”, - deyə xanım yazıb.

Sosial media istifadəçiləri iki düşərgəyə bölünüb: Bəziləri oğlanın layiq olduğunu aldığını bildirib, digərləri isə Mayranı zorakılığa görə qınayıb.