17 May 2024
Müharibədən sonra ermənilərin küçədə döydüyü şəxs NAZİR TƏYİN EDİLDİ - FOTO

Müharibədən sonra ermənilərin küçədə döydüyü şəxs NAZİR TƏYİN EDİLDİ - FOTO

19 Avqust 2021
Baxış: 651

Ermənistan Prezidenti Armen Sarkisyan Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri təyin olunması ilə bağlı fərman imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Xatırladaq ki, Ermənistanın 2-ci Qarabağ müharibəsində məğlub olmasından sonra vətəndaşlar İrəvanda keçirdikləri etiraz aksiyasında Ararat Mirzoyanı döymüşdülər. Noyabrın 10-da baş verən iğtişaşlar zamanı kütlə tərəfindən linç edilən spiker ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, 1979-cu ildə İrəvanda doğulan A.Mirzoyan Ermənistan parlamentinin sabiq sədridir (2019-2021). İrəvan Dövlət Universitetinin tarix fakültəsinin məzunu olan A.Mirzoyan 2017-2018-ci illərdə deputat, 2018-2019-cu illərdə isə baş nazirin müavini kimi siyasi fəaliyyətini davam etdirib.

Ararat Mirzoyan Ermənistan XİN başçısı təyin olunub