18 May 2024
Müharibə veteranlarının bu xərcini dövlət ödəyəcək - RƏSMİ

Müharibə veteranlarının bu xərcini dövlət ödəyəcək - RƏSMİ

06 Mart 2024
Baxış: 260

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik təklif edilir.

Layihə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Belə ki, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir.