05 May 2024
Müharibə Putinin reytinqini ARTIRDI - STATİSTİKA

Müharibə Putinin reytinqini ARTIRDI - STATİSTİKA

04 Aprel 2022
Baxış: 516

Fevralın 24-də Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatları başlayandan bəri Vladimir Putinin reytinqi artıb.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, Putinin hərəkətlərinə dəstək 83 faizə yüksəlib.

“Levada” Sorğu Mərkəzinin sosioloji hesabatında bu barədə məlumat öz əksini tapıb. Rusiya sakinlərinin Putinin atdığı addımlara martda verdiyi dəstək yanvar və fevral aylarındakı rəqəmlərlə müqayisədə 10 faiz çoxalıb. Belə ki, Kreml rəhbərinə yanvar və fevral aylarındakı dəstək müvafiq olaraq 69 və 71 faiz təşkil edib.

Rusiyalıların 15 faizi Putinin hərəkətlərini təqdir etmir. Eyni zamanda, rusların Putinə inam səviyyəsi fevralla müqayisədə 10 faiz artaraq 44 faizə yüksəlib. Həmçinin müdafiə naziri Sergey Şoyquya etimad reytinqi 5 faiz artıb.

Динамика поддержки россиянами действий президента РФ Владимира Путина

Sosioloqlar həmçinin Rusiyadakı mövcud vəziyyətə insanların münasibətini öyrəniblər. Məlum olub ki, fevralda rusların 52 faizi ölkədə vəziyyətin düzgün getdiyinə inanırdısa, martda bu rəqəm 69 faizə yüksəlib.

Rusiyalıların 22 faizi ölkənin yanlış istiqamətə getdiyini düşünür, 9 faiz insan isə bu suala cavab verməkdə çətinlik çəkir.

 

Qeyd edək ki, sorğu Rusiyanın 50 regionunun 137 yaşayış məntəqəsində 18 yaşdan yuxarı olan 1632 sakini arasında aparılıb.

“Levada” Mərkəzi Rusiyanın aparıcı qeyri-dövlət sosioloji agentliyidir.(konkret.az)