17 May 2024
Müğənni Seda Sayanın özündən iki yaş kiçik qayınanası ilə rəqsi GÜNDƏM OLDU - VİDEO

Müğənni Seda Sayanın özündən iki yaş kiçik qayınanası ilə rəqsi GÜNDƏM OLDU - VİDEO

01 Avqust 2022
Baxış: 476

Bu ilin aprelində 7-ci dəfə ailə həyatı quran müğənni Seda Sayan sosial şəbəkədə yeni paylaşım edib.

AJMEDİA.İNFO xəbər verir ki, sənətçi instaqram hesabında qayınanası Hicran Öktenlə rəqs edərkən lentə alınan videosunu bölüşüb.

59 yaşlı Sedanın özündən iki yaş kiçik qayınanası ilə rəqs videosu bir çox onlayn platformalarda yayılaraq gündəm olub.

Sayan qayınanasının adının Hicran olduğunu, amma aralarında səmimiyyət olduğu üçün onu "Hicom" deyə çağırdığını qeyd edib.

Xatırladaq ki, 59 yaşlı Seda Sayan 35 yaşlı musiqiçi Çağlar Ötkenlə ailə həyatı qurub. Cütlüyün 24 yaş fərqi uzun müddət mətbuatın müzakirə mövzusuna çevrilib.