26 İyun 2024
Müğənni Şəbnəm Tovuzlu bu görüntüyə görə məsuliyyətə cəlb olunacaq - RƏSMİ AÇIQLAMA + VİDEO

Müğənni Şəbnəm Tovuzlu bu görüntüyə görə məsuliyyətə cəlb olunacaq - RƏSMİ AÇIQLAMA + VİDEO

28 Oktyabr 2022
Baxış: 578

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu təhlükəsizlik kəmərindən istifadə etməyərək avtomobil idarə edib. İfaçı avtomobili idarə edərkən polis maşının yaxınlığından keçib. Tovuzlu polis əməkdaşlarına da əhəmiyyət verməyib.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yayılan görüntülərlə bağlı qanuni tədbir görüləcək:

“İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər 40 manat cərimə olunurlar. O, görüntü əsasdır ki, həmin şəxs inzibati məsuliyyətə cəlb olunsun. Görüntü varsa onun barəsində birbənalı olaraq tədbir görüləcək. Çünki artıq inzibati xəta tərkibli əmələ sübuta yetirilən real fakt var”.