17 May 2024
Müğənni Cavanşir Məmmədov CƏRİMƏLƏNDİ - VİDEO + SƏBƏB

Müğənni Cavanşir Məmmədov CƏRİMƏLƏNDİ - VİDEO + SƏBƏB

11 Aprel 2024
Baxış: 338

Müğənni Cavanşir Məmmədov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

T.Nəsirli qeyd edib ki, C.Məmmədovun yol hərəkəti qaydalarını pozmasını əks etdirən videogörüntüsü ilə əlaqədar olaraq barəsində qanunamüvafiq tədbir görülüb.

Xatırladaq ki, C.Məmmədov retro avtomobilini idarə edən zaman təhlükəsizlik kəmərini taxmayıb və sükan arxasında telefonla danışıb. Müğənninin bu hərəkəti sosial şəbəkələrdə qınaq hədəfinə tuş gəlib və tənqid edilib.