19 May 2024
Müəllim dərs zamanı şagirdləri Paşinyanı öldürüb ailəsini YANDIRMAĞA ÇAĞIRDI

Müəllim dərs zamanı şagirdləri Paşinyanı öldürüb ailəsini YANDIRMAĞA ÇAĞIRDI

22 Noyabr 2021
Baxış: 477

Ermənistanda məktəb müəllimi baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Armenia Today” datalex.am məhkəmə informasiya sisteminə istinadən yazır.

İşin materiallarına görə, təqsirləndirilən şəxs İrəvan məktəbinin tarix müəllimi Akop Qriqoryandır:

“2021-ci il mayın 21-də 7-ci sinif şagirdləri üçün tarix dərsi keçərkən, xidməti vəzifəsindən istifadə edərək, şagirdlərin iştirakı ilə o (Qriqoryan) baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı ictimai çağırışlar səsləndirərək deyib ki, Nikol Paşinyanı öldürmək, ailəsini isə yandırmaq lazımdır”.

Tarix müəllimini qarşı cinayət işi açıldı. (Virtualaz.org)