19 May 2024
Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi həbs olunub

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi həbs olunub

24 Fevral 2022
Baxış: 416

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, fevralın 21-də Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.

M.Şirvanov polkovnik M.Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.