18 May 2024
Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: "Sentyabrın 4-ü saat 09:50-də..."

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: "Sentyabrın 4-ü saat 09:50-də..."

04 Sentyabr 2023
Baxış: 430

Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb", - məlumatda deyilir.