20 May 2024
Müdafiə Nazirliyi Rusiya mətbuatından imtina etdi

Müdafiə Nazirliyi Rusiya mətbuatından imtina etdi

01 Yanvar 2024
Baxış: 461

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən 2024-cü ildə dərc olunacaq qəzet və jurnalların satın alınması ilə bağlı keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.
AJMEDİA.İNFO
xəbər verir ki, qəzet və jurnalların alınması ilə bağlı keçirilən tender müsabiqəsinin qalibi “Səma Mətbuat Yayımı” MMC olub.
Qalib şirkət 2024-cü il ərzində Müdafiə Nazirliyinə 13 adda qəzet satacaq və qarşılığıda 157 min 644 manat 72 qəpik alacaq.
Müdafiə Nazirliyinin satın alacağı qəzetlərin adları və sayını aşağıdakı cədvəldə təqdim edirik:

Məlumat üçün qeyd edək ki, Müdafiə Nazirliyi 2023-cü ildə satın alacağı qəzetlərlə bağlı tender elanı verən zaman 34 adda qəzet və jurnal alacağını açıqlamışdı.
Müdafiə Nazirliyinin almaq istədiyi qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-dən başqa heç bir ölkənin mətbu nəşri olmayıb. Nazirliyin 2023-cü ildə satın almaq istədiyi nəşrlərin 14-ü yerli, 20-si isə Rusiya KİV-in məhsulları olub. Bu barədə ilk dəfə 2022-ci ildə Yeniavaz.com saytı məlumat verib. Müdafiə Nazirliyinin yalnız Rusiyada dərc olunan qəzet və jurnalları sifariş verməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə görünür ki, bu müzairələrdən sonra Müdafiə Nazirliyi Rusiya qəzet və jurnallarını almaqdan imtina edib.
Yeniavaz.com