Sumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunmuş t...
5 saat əvvəlMüdafiə Nazirliyi: Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbi qulluqçu həlak olub
14 Avqust 2021
Baxış: 1094
Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJM -a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.