Təyyarədə ürəyi dayanan şəxsi millət vəkili XİLAS ETDİ - FOT...
dünən 18:00Müdafiə Nazirliyi erməni hərbçinin yaralanması xəbərini TƏKZİB ETDİ
28 Sentyabr 2021
Baxış: 320
Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.
AJMEDİA.İNFO-nun xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bu gün sərhəddə guya Azərbaycan Ordusunun atəş açması nəticəsində sıravi Qarnik Abramyanın yaralanması barədə məlumat yayıb.