18 May 2024
MTN polkovnikinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

MTN polkovnikinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

09 Dekabr 2021
Baxış: 500

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisinin ölümü ilə bağlı məlumat yayıb.

Xidmətdən AJMEDİA.İNFO-nun sorğusuna cavab olaraq bildirib ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib:

“Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Z.İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə tromboemboliyadan qəflətən vəfat edib”.