19 May 2024
MSK eyni kreslonun bəzilərini 400, bəzilərini isə 826 manata alır – Şübhəli tender

MSK eyni kreslonun bəzilərini 400, bəzilərini isə 826 manata alır – Şübhəli tender

01 Yanvar 2024
Baxış: 446

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
AJMEDİA.İNFO
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 24 min manat olan tender müsabiqəsinin qalibi “Sayllon az” MMC (VÖEN- 1203458101) olub.
“Sayllon az” MMC MSK-ya dairə seçki komissiyaları üçün 60 ədəd müdür kreslosu satacaq. Bir ədəd kreslonun qiyməti 400 manat təşkil edəcək.
Müsabiqənin şərtlərinə görə kresloların rəngi qara, dirsəkaltı xrom, belliyə bitişik və üzəri dəri ilə örtülmüş, ayaqlar yüksək keyfiyyətli xrom, hündürlük tənzimləyicisi vakum qazlift, ölçüləri 1290*650*435 mm, çəki dözümlülüyü 150 kq., möhkəm metal karkas və alüminium baza (çarpaz), erqonomik dizaynlı, dayanıqlığı təmin edən premium təkərlər, iri həcmli bel, oturacaq və dirsək altı dəri üzlük, 360 dərəcəyə dönmə, tənzimlənən hündürlük, bloklanma funksiyalı oturacağın əyilməsi zəmanəti 12 ay olacaq.
Maraqlıdır ki, cəmi 3 ay əvvəl MSK tamamilə eyni göstəricilərə sahib olan, lakin oturacağın əyilməsi zəmanəti 24 ay olacaq 12 ədəd kreslo üçün başqa bir şirkətə - “Revın 23 Company” MMC-yə (VÖEN - 1703518931) 9 min 912 manat ödəyib. Bir ədəd kreslonun qiyməti 826 manat olub.
Onu da bildirək ki, MSK-ya 60 ədəd kreslo satan “Sayllon az” MMC cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb. Bu şirkət eyni zamanda Əkinçilik Elmi-Tədqiqat İnstitutuna 50 min manatlıq kimyəvi maddələr, reaktivlər və markerlər satacaq. Yeniavaz.com