17 May 2024
Mourinyo işdən qovulmaqla sərvətini artırmağa DAVAM EDİR - TƏZMİNATLARIN MƏBLƏĞİ

Mourinyo işdən qovulmaqla sərvətini artırmağa DAVAM EDİR - TƏZMİNATLARIN MƏBLƏĞİ

18 Yanvar 2024
Baxış: 374

Dünyanın ən yaxşı məşqçilərindən hesab edilən Joze Mourinyo çalışdığı komandalardan ayrılarkən aldığı təzminatla sərvətini artırmağa davam edir. Son olaraq A Seriyasında çıxış edən “Roma”nı çalışdıran portuqaliyalı məşqçinin bu dəfə də istefaya göndərildiyi açıqlanıb.


AJMEDİA.İNFO bildirir ki, Roma ilə əldə edilən uğursuz nəticələrdən sonra işdən azad edilən Mourinyo İtaliya klubundan 3,5 milyon avro təzminat qazanacaq.


Qeyd edək ki, portuqaliyalı məşqçinin əvvəllər çalışdırdığı komandalarda qazandığı təzminatlar da diqqət çəkib. Mourinyo 2007-ci ildə "Çelsi"dən 20,9 milyon avro, 2013-cü ildə "Real Madrid"dən 19,7 milyon avro, 2015-ci ildə yenidən "Çelsi"dən 14,7 milyon avro, 2018-ci ildə "Mançester Yunayted"dən 19,7 milyon avro və 2002-ci ildə "Tottenhem"dən 202 milyon avro qazanıb.


Joze Mourinyo indiyədək çalışdırdığı komandalardan 99,2 milyon avro təzminat qazanaraq böyük sərvət sahibi olub.(Sfera.az)