16 May 2024
Moskvaya son 72 ilin ən güclü qarı yağdı

Moskvaya son 72 ilin ən güclü qarı yağdı

07 Dekabr 2021
Baxış: 780

Dekabrın 7-də Moskvaya yağan qar son 72 ilin ən güclü qarı olub.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “Fobos” hava mərkəzinin aparıcı əməkdaşı Yevgeni Tişkovets bildirib.

Sinoptik Moskva vilayətində ən çox qarın 16 millimetr (aylıq normanın demək olar ki, 30%-i) olmaqla Jeleznodorojnı və Kolomnada qeydə alındığını da əlavə edib.

Onun sözlərinə görə, son məlumatlara əsasən artıq bugünki qarın 1949-cu ildən bəri ən güclü qar olduğunu demək mümkündür.

Teqlər: Moskva