20 May 2024
Monteneqroda prezident seçkilərinin ikinci turu başlayıb

Monteneqroda prezident seçkilərinin ikinci turu başlayıb

02 Aprel 2023
Baxış: 454

Monteneqroda prezident seçkilərinin ikinci turu başlayıb.

Seçki məntəqələri Bakı vaxtı ilə saat 09:00-da açılıb.

Dövlət Seçki Komissiyasının (DSK) məlumatına görə, ölkədə 542 154 seçici səsvermə hüququna malikdir.

Prezidentlik uğrunda mübarizədə hazırkı dövlət başçısı Milo Cukanoviç və “Avropa indi” hərəkatının nümayəndəsi, keçmiş iqtisadi inkişaf naziri Yakov Milatoviç iştirak edir. Martın 19-da keçirilən seçkilərin birinci turunun nəticələrinə görə, Cukanoviç 35,37 faiz, Milatoviç 28,92 faiz səs toplayıb. İlk turda hazırkı prezidentdən geri qalmasına baxmayaraq, ikinci turun favoriti məhz Yakov Milatoviçdir.

13 saat davam edəcək səsvermə prosesini 1 000 nəfərdən çox müşahidəçi izləyəcək.

Teqlər: