19 May 2024
Model Razi Əliyevanı döyən Ziya Hüseynzadə CƏZALANDIRILDI

Model Razi Əliyevanı döyən Ziya Hüseynzadə CƏZALANDIRILDI

01 İyun 2023
Baxış: 481

"Miss Azərbaycan-2017"nın qalibi, model Razi Əliyevanı döyən Ziya Hüseynzadə işdən çıxarılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə bloger Aysel Şükür paylaşım edib.

Paylaşımda bildirilir ki, “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin direktoru Ziya Hüseynzadə təsisçilərin etimadını itirdiyi üçün onunla əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib.

Qeyd olunub ki, hazırda Ziya Hüseynzadənin “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin adından çıxış etməyə heç bir səlahiyyəti yoxdur.

Hazırda Z.Hüseynzadə barəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsinə uyğun olaraq, onun əməllərinə qiymət veriləcək və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.