20 May 2024
MN: “Bir qrup hərbi qulluqçunun qar uçqunu altında qalması barədə məlumatlar yalandır”

MN: “Bir qrup hərbi qulluqçunun qar uçqunu altında qalması barədə məlumatlar yalandır”

05 Yanvar 2022
Baxış: 495

Müdafiə Nazirliyi sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

“Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”, - Nazirlik qeyd edib.