19 May 2024
Mixail Saakaşvili nikahdankənar övladının şəkillərini paylaşdı - FOTOLAR

Mixail Saakaşvili nikahdankənar övladının şəkillərini paylaşdı - FOTOLAR

31 Dekabr 2021
Baxış: 796

Gürcüstanın sabiq Prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili gürcü müğənni Sofi Nijaradzedən nikahdankənar Elis Mariya Saakaşvili adlı qızı olduğunu etiraf edib.

AJMEDİA.İNFO-nun məlumatına görə, siyasətçinin bu etirafı onun rəsmi “Facebook” səhifəsində dərc edilib.

“Mənim sevimli qızım, ən kiçik övladım. Mən xoşbəxtəm ki, belə bir fürsətim var və mənim Yeni ilim digərlərindən fərqli olaraq, həbsxana divarları ilə deyil, sevimli qızımın televiziya debütü ilə fərqlənir”, - deyə 54 yaşlı siyasətçi qeyd edib.

M.Saakaşvili bu gün “Mtavari Arkhi” telekanalında Yeni il konsertində tamaşaçıları ilk dəfə anası Sofi Nijaradze ilə birlikdə sevimli və ən kiçik qızı Elis Mariyanın salamlayacağını bildirib.

M.Saakaşvili özünün sosial şəbəkə səhifəsində qızı və onun anasının səhnədə birgə çəkilən fotosunu paylaşıb.