05 May 2024
MİT-dən uğurlu əməliyyat: PKK liderlərindən birinin cangüdəni Türkiyəyə gətirildi

MİT-dən uğurlu əməliyyat: PKK liderlərindən birinin cangüdəni Türkiyəyə gətirildi

02 Dekabr 2021
Baxış: 526

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi uğurlu əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının üzvlərini tutub.

AJMEDİA.İNFO xəbər verir ki,“Mazlum Jir Agiri” kod adlı Əmrah Adığözəl və “Sarina/Diljin” kod adlı Pərvin Aslan Türkiyəyə gətirilib.

Terror təşkilatına 2012-ci ildə qatılaraq Şimali İraqda fəaliyyət göstərən Ə.Adıgözəl PKK/KCK-nın söz sahibi şəxslərindən olan Duran Kalkanın mühafizəçilərindən olub. O fəaliyyət göstərdiyi Sincar ərazisində təşkilatın “kəşfiyyat işlərindən” məsul olub.

P.Aslan İraqın Metina bölgəsində və Suriyanın şimalında təşkilatın hücum, təxribat və sui-qəsd dəstələrində fəaliyyət göstərib.

Teqlər: MİT PKK