19 May 2024
Misirin İsgəndəriyyə şəhərinə qar yağdı - FOTO

Misirin İsgəndəriyyə şəhərinə qar yağdı - FOTO

20 Dekabr 2021
Baxış: 656

Bu gün Misirin İsgəndəriyyə şəhərinə qar yağıb.

Bir gün əvvəl isə Misir ərazisində güclü qum fırtınası və leysan yağışları müşahidə olunub.

Qeyd olunur ki, Sinay yarımadasının mərkəzində havanın temperaturu mənfi iki dərəcə olub.

Güclü külək avtomobillərin hərəkətini çətinləşdirib.

Dalğaların beş metrə qədər qalxması səbəbindən Qırmızı və Aralıq dənizlərinin limanlarında gəmilərin qəbulu dayandırılıb.