16 May 2024
Misirdə dövlət qoruqlar tezliklə ziyarətə açılacaq

Misirdə dövlət qoruqlar tezliklə ziyarətə açılacaq

03 Avqust 2020
Baxış: 1331

COVID-19 pandemiyası səbəbindən ziyarətçilər üçün qapalı olan Misirin Qırmızı dəniz və Cənubi Sinay ərazisindəki milli qoruqlar yaxın vaxtlarda həm yerli, həm də əcnəbi turistlər üçün açıq olacaq.

AJM xəbər verir ki, bu barədə ölkənin Ekologiya naziri Yasmin Fuad məlumat verib.

Nazir əlavə edib ki, milli qoruqlarda, habelə istirahət mərkəzlərində turistlərin təhlükəsizliyini qorumaq məqsədilə ciddi profilaktik tədbirlər həyata keçirilib və otellərə yalnız otaqlarının 50 faizindən istifadə etməyə icazə veriləcək. Nazirlik, həmçinin milli qoruqlara giriş qiymətlərinə yarıbayarı güzəşt tətbiq edib.

Misirin “Ras Məhəmməd”, “Elba”, “Müqəddəs Katerina”, “Nabq”, “Əbu Qallum”, “Taba” və “Qırmızı dənizin şimal adaları” milli qoruqları turistlər arasında populyar məkanlardır.

Teqlər: Misir