20 May 2024
Misir hökumətindən gözlənilməz hərəkət: Qəzza ilə sərhəddə...

Misir hökumətindən gözlənilməz hərəkət: Qəzza ilə sərhəddə...

16 Fevral 2024
Baxış: 419

Misir hökuməti İsrail ordusunun hərbi əməliyyata hazırlaşdığı Rəfah şəhəri yaxınlığında - Qəzza zolağının cənub sərhədində divar tikməyə başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, peyk fotoşəkilləri sərhəd keçidinin cənubundakı Rəfah sərhəd keçidi arasındakı bufer zonada geniş ərazinin buldozerlər tərəfindən necə təmizləndiyini aydın şəkildə göstərir. İşlərin təxminən fevralın 5-də başladığı güman olunur. Bundan başqa, podratçı şirkət Misir ordusunun onlara 5 kvadratkilometrlik ərazini əhatə etmək üçün 5 metr hündürlüyündə beton divar tikməyi tapşırdığını bildirib. Tikiləcək obyektin qəzzalıların sərhədi keçməsinin qarşısının alınması üçün nəzərdə tutulub-tutulmaması aydın deyil.

Misir hökumətinin sözçüsü bununla bağlı hər hansı şərh verməkdən boyun qaçırıb və sərhədin möhkəmləndirilməsi zərurəti ilə bağlı rəsmilərin son həftələrdə verdiyi bəyanatlara baxılmasını xahiş edib. Musavat.com