18 May 2024
Mişa: "Kriminalların söyüşləri altında məni döydülər, saçımdan sürüdülər"

Mişa: "Kriminalların söyüşləri altında məni döydülər, saçımdan sürüdülər"

09 Noyabr 2021
Baxış: 741

Məni aldadıb türmə xəstəxanasına gətiriblər, buna görə də mən tibbi xidmət almaqdan imtina etdim.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili vəkili Nika Qvaramiyaya məktubunda yazıb.

“Qəti şəkildə imtina etməyimə baxmayaraq, məni maşından çıxararaq kriminalların söyüşləri altında yerə yıxdılar və döyməyə başladılar. Bir neçə dəfə boynuma zərbələr endirdilər, saçımdan sürüdülər, bu vaxt mən də müqavimət göstərdim”, – məktubda qeyd olunub.

Onun sözlərinə görə, xəstəxanadakı tibbi heyət şübhəli görünürdü və bundan əlavə palatalarda cinayətkarların səsləri eşidilirdi.

Saakaşvili yalnız onu müalicə edən həkimlə əməkdaşlıq edəcəyini deyib.

Qeyd edək ki, ötən gün M.Saakaşvilinin mülki deyil, 18 saylı türmənin xəstəxanasına köçürülməsi böyük qalmaqala səbəb olub. Ədliyyə Nazirliyi isə video yayaraq, Saakaşvilinin köçürülməyə könüllü olaraq hazırlaşdığını iddia edib.

M.Saakaşvili bunu təkzib edərək, onu mülki xəstəxanaya köçürmək adı ilə aldatdıqlarını bildirib.