20 May 2024
Milli Məclisin yanında 13 milyona torpaq satılır - FOTO

Milli Məclisin yanında 13 milyona torpaq satılır - FOTO

27 Aprel 2023
Baxış: 312

Bakıda 13 milyon manata torpaq sahəsi satılır.

AJMEDİA.İNFO Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat elan saytlarından birində yerləşdirilib.

Ofis, klinika və ya yaşayış binası və s. obyektlər tikmək istəyənlərə 12 750 000 AZN-ə təklif olunan 170 sotluq torpaq sahəsi paytaxtın Səbail rayonunda yerləşir.

Sövdigar Abdullayev küçəsində yerləşən torpaq sahəsi Milli Məclisin yaxınlığındadır.

1 sotu 75 min manata təklif olunan ərazinin bölünərək satılmayacağı bildirilib.