19 May 2024
Milli Məclisin deputatı Anatoliy Rafailov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

Milli Məclisin deputatı Anatoliy Rafailov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

08 Mart 2024
Baxış: 410

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, Cibuti, Əfqanıstan, Rusiya, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, "Magen David Azərbaycan"nın fəxri sədri, Milli Məclisinin deputatı Anatoliy Rafailov 8 Mart Qadınlar Bayramı münasibətilə Azərbaycan və dünya qadınlarını təbrik edib.

.

AJMEDİA.İNFO təbrikin tam məzmununu təqdim edir:

.

Əziz xanımlar Sizi Beynəlxalq Qadın Günü münasibəri ilə ürəkdən təbrik edirəm! Hər birinizə möhkəm can sağlığı, uğur və xoşbəxtlik arzu edirəm! Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.

Bayramınız mübarək!