06 May 2024
Meyxanaçı Namiq Qaraçuxurlu: "Bunu Azərbaycanda ilk dəfə mən etmişəm" - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu: "Bunu Azərbaycanda ilk dəfə mən etmişəm" - VİDEO

25 İyul 2022
Baxış: 407

Meyxanaçı Namiq Qaraçuxurlu yeni klip təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, sənətçi "Apardılar" adlı mahnısını ekranlaşdıraraq sevənlərinin ixtiyarına verib. Klipin rejissorluğunu Bahdi Baba edib. Mahnının söz və musiqisi meyxanaçının özünə aiddir.

Klip yaxtada Xəzər dənizində çəkilib. Qaraçuxurlu Azərbaycanda bu günə qədər heç bir müğənninin bunu etmədiyini bildirib. Namiq ondan başqa heç bir sənətçiyə Xəzərdə klip çəkdirmək üçün icazə verilmədiyini deyib.

Qaraçuxurlu klip çəkilişi üçün Dövlət Sərhəd Xidmətinə və su nəqliyyatı polis idarəsinin rəisinə öz təşəkkürünü ifadə edib.