16 May 2024
Meyxanaçı Balaəlinin muğam oxumasına Əməkdar artistdən SƏRT REAKSİYA: "O muğam deyil..." - VİDEO

Meyxanaçı Balaəlinin muğam oxumasına Əməkdar artistdən SƏRT REAKSİYA: "O muğam deyil..." - VİDEO

03 Noyabr 2023
Baxış: 442

Meyxana ifaçısı Balaəli Xəzər TV-də yayımlanan “Xəzər axşamı" verilişində muğam ifa etdiyi üçün tənqid olunur. Bildirilir ki, meyxana muğamdan tamamilə fərqlənir, muğamın öz ustadları var. Muğam ifaçılarının bəziləri sosial şəbəkələrdə Balaəlinin ifasına narazılıqlarını bildirsələr də, pərəstişkarları meyxanaçının muğam oxumasını müsbət qarşılayıblar.

AJMEDİA.İNFO bildirir ki, tanınmış muğam ifaçısı, Əməkdar artist Nuriyyə Hüseynova isə Pravda.az-a açıqlamasında deyib ki, Balaəlinin oxuduğu muğam deyil:


"Baləli barədə məlumatım yoxdur. Tanımadığım şəxs haqqında heç vaxt fikir bildirmirəm. Lakin meyxanaçının sözügedən ifasını dinlədim. O, muğam oxumur. Sadəcə, “Bayatı-Şiraz” muğamı, yəni lad üzərində avazla qəzəl deyir. Xaric oxumur. Yəni Baləli muğam oxumayıb ki, onu tənqid edək. Meyxanaçının səsləndirdiyi qəzəlin müəllifinin kim olduğunu da bilmirəm. Muğam başqa ağır sahədir, çətin sənətdir, tam fərqlidir. Azərbaycan xalq musiqisində 7 əsas muğamımız var. 7 məqam 7 lad deməkdir. Muğam bəşəri musiqidir. Meyxanaçılar meyxananı, yazdıqları qafiyələri hansısa ladın üstündə oxuyurlar. Ya “Bayatı-Şiraz”, ya “Seygah”. Muğam ladında hansısa qəzəli, şeiri avazla səsləndirmək hələ muğam oxumaq demək deyil. Ümumiyyətlə, meyxana janrını çox dinləmirəm. Təsadüfən televizoru açanda qarşıma çıxır".