19 May 2024
Metroda gedişhaqqı 70 qəpik olacaq? - Nazirlikdən AÇIQLAMA

Metroda gedişhaqqı 70 qəpik olacaq? - Nazirlikdən AÇIQLAMA

03 Noyabr 2023
Baxış: 624

Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov müsahibəsi zamanı bir sərnişinin daşınmasının 2022-ci ildə 68 qəpiyə başa gəldiyini söyləyib.

AJMEDİA.İNFO xəbər verir ki, bundan sonra cəmiyyətdə və sosial şəbəkələrdə metroda gedişhaqqının 70 qəpiyə qədər artacağı ilə bağlı iddialar səsləndirilib.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tarifin artımı ilə bağlı məsələ müzakirə olunmur:

"Hazırda metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin artımı ilə bağlı məsələ nazirlik tərəfindən müzakirə olunmur".